ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp müdafiə nazirinin müavini vəzifəsinə milyarder Stiven Faynberqin namizədliyini irəli sürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məluat yayıb.
Bildirilib ki, o, bu barədə dekabrın 22-də özünün "Truth Social" sosial şəbəkəsində məlumat verib.
Döyüş veteranı və "Fox News"un aparıcısı Pete Hegseth çox güman ki, Pentaqonun növbəti rəhbəri olacaq, lakin onun təyinatı 2017-ci ildə baş verdiyi iddia edilən təcavüz iddialarına görə şübhə altında qalır. Hegseth isə ittihamları rədd edir.