Əsas məzmuna keç

Tramp UFO-lar barədə məxfi sənədlərin açıqlanması barədə göstəriş verəcək

Tramp UFO-lar barədə məxfi sənədlərin açıqlanması barədə göstəriş verəcək

ABŞ Prezidenti Donald Tramp kənar sivilizasiyalar və naməlum uçan obyektlərlə bağlı hökumət arxivlərinin ictimaiyyətə açılacağını bəyan edib.

en ru

ABŞ Prezidenti ölkənin Pit Heqsetə yadplanetlilər və UFO-lar (naməlum uçan obyektlər) haqqında hökumət sənədlərinin məxfiliyinin ləğv edilməsi ilə bağlı tapşırıq verəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Prezidentin sözlərinə görə, o, rəhbərinə və müvafiq departamentlərə kənar sivilizasiyalar, yadplanetli həyatı və izah olunmayan hava hadisələri ilə bağlı sənədlərin müəyyən edilməsi və açıqlanması prosesinə başlamağı tapşıracaq.

Donald Tramp qeyd edib ki, bu addım həm də digər mürəkkəb, lakin cəmiyyət üçün maraqlı və vacib olan məsələləri əhatə edəcək.

Xatırladaq ki, Donald Tramp daha əvvəl verdiyi müsahibələrdə sabiq Barak Obamanın yadplanetlilərin mövcudluğu barədə danışarkən məxfi məlumatları sızdırdığını iddia etmişdi. Yeni qərarın ABŞ-nin kosmik tədqiqatlar və milli təhlükəsizlik arxivlərindəki bir çox qaranlıq məqamlara işıq salacağı gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…