Operativ Məlumat Mərkəzi

Tramp Meksika sərhədinə 10 000 əsgər göndərməyə hazırlaşır

1 dəq
Paylaş:
Tramp Meksika sərhədinə 10 000 əsgər göndərməyə hazırlaşır
bu barədə “The Washington Post” Gömrük və Sərhəd Mühafizə Xidmətinin sənədlərinə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, sərhəddə hərbi mövcudluğun...

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhədə 10 minə yaxın hərbçi yerləşdirməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Washington Post” Gömrük və Sərhəd Mühafizə Xidmətinin sənədlərinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, sərhəddə hərbi mövcudluğun artırılmasının bir neçə mərhələdə həyata keçirilməsi planlaşdırılır.

Birinci mərhələdə söhbət 1 minə yaxın hərbçidən gedir.

ABŞ müdafiə naziri vəzifəsini icra edən Robert Salesses silahlı qüvvələrin qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün Meksika ilə sərhədin qərb hissəsinə əlavə olaraq 1500 əsgər, helikopter və hərbi kəşfiyyat bölmələri yerləşdirəcəyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər