Operativ Məlumat Mərkəzi

Tramp məhkəmədə özünü təqsirli bilməyib

1 dəq
Paylaş:
Tramp məhkəmədə özünü təqsirli bilməyib
bu barədə "Reuters" məlumat yayıb. İttihamların irəli sürülməsi qapalı formatda keçirilir, zalda çəkiliş qadağandır. Trampın 30-dan çox maliyyə...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Manhetten məhkəməsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İttihamların irəli sürülməsi qapalı formatda keçirilir, zalda çəkiliş qadağandır. Trampın 30-dan çox maliyyə fırıldaqçılığı ilə ittiham ediləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs olunub.

Daha əvvəl “Yahoo News” portalı prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb ki, Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamlar 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər