ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında baş verən və nəticədə İsrail səfirliyinin iki əməkdaşının həlak olduğu atışmanı "antisemitizmə əsaslanan hücum" adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında paylaşım edərək, həlak olan diplomatların ailələrinə başsağlığı verib.
“Bu dəhşətli qətllər, açıq şəkildə antisemitizmə əsaslanan cinayətlər dərhal dayandırılmalıdır! ABŞ-da nifrətə və radikalizmə yer yoxdur”, – Tramp qeyd edib.