Əsas məzmuna keç

Tramp İranla danışıqlara qoşulur

Tramp İranla danışıqlara qoşulur

ABŞ lideri Cenevrədəki nüvə müzakirələrinə dolayı qatılacağını bəyan etdi. Tehranla yeni razılaşma olacaqmı? Vaşinqtonun gözləntiləri və kritik gəlişmələr...

en ru

Prezidenti bu gün Cenevrədə baş tutacaq İranla danışıqlarında “dolayı ” iştirak edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkə başçısı jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Mən bu danışıqlarda dolayı yolla iştirak edəcəyəm və bu, çox vacib olacaq. Ümid edirəm ki, Tehran ötən il ABŞ-ın ölkəyə endirdiyi zərbələri və sərt mövqeyinin mümkün nəticələrini nəzərə alaraq Vaşinqtonla razılaşma əldə etmək istəyir”, - deyə o qeyd edib.

Tramp əlavə edib ki, İran çətin danışıqlar aparan tərəfdir:

“Onlar razılaşma bağlamaq istəyirlər. Düşünmürəm ki, razılaşmadan imtinanın nəticələri ilə üzləşmək istəsinlər. Ümid edirəm ki, onlar daha rasional davranacaqlar”, – deyə ABŞ prezidenti vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Omanda İran-ABŞ danışıqlarının ilk raundu keçirilib. Prosesin növbəti raundu isə bu gün Cenevrədə baş tutacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…