Operativ Məlumat Mərkəzi

Tramp: İran ABŞ ilə danışıqlar aparmaq istəyir

1 dəq
Paylaş:
Tramp: İran ABŞ ilə danışıqlar aparmaq istəyir

ABŞ Prezidenti İranın rəsmi Vaşinqtonla danışıqlara başlamaq istədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində bildirib.

O, ABŞ-nin da bu dialoqda maraqlı olduğunu və arasında müzakirələrin aparılmasının planlaşdırıldığını qeyd edib.

Trampın sözlərinə görə, İran mövcud gərginliyi azaltmaq və qarşılıqlı münasibətləri tənzimləmək məqsədilə təmaslar qurmağa hazırdır. Hazırda ABŞ administrasiyası bu istiqamətdə addımlar atmağa hazırlaşır.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər müxtəlif siyasi və iqtisadi amillər fonunda uzun müddətdir ki, gərgin olaraq qalır. Bu bəyanat regionda diplomatik aktivliyin arta biləcəyinə işarə edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax