ABŞ prezidenti Donald Tramp Çinlə aparılan ticarət müharibəsində atəşkəs müddətini daha 90 gün uzadıb. O, Pekinin ticarət məsələlərində “özünü yaxşı apardığını” bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in “Financial Times”a istinadən verdiyi məlumata görə, Vaşinqton Çinin əsas tələbi olan yarımkeçiricilərin ixracına qoyulan bəzi məhdudiyyətləri yumşaltmağa hazırdır.
Nəşr həmçinin Trampla Çin prezidenti Si Cinpin arasında sammitin keçirilə biləcəyi ehtimalını gündəmə gətirib.
Məlumata əsasən, Tramp Nvidia və AMD şirkətlərinə ödəniş müqabilində Çinə daha təkmil çiplər ixrac etməsinə icazə verib. Bu qərar ABŞ hökumətindəki bəzi milli təhlükəsizlik dairələrinin narahatlığına səbəb olub.
Donald Tramp həmçinin qızıla rüsum tətbiq edilməyəcəyini bəyan edib.