ABŞ prezidenti Donald Tramp hesab edir ki, Vaşinqton İranın nüvə proqramı ətrafındakı ziddiyyətləri və Tehranla digər mübahisəli məsələləri mütləq həll edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tramp BƏƏ-yə səfəri zamanı mətbuat konfransında jurnalistlərə deyib.
"Bizim İranla bağlı vəziyyətimiz var ki, onun öhdəsindən gələcəyik. Amma pis hərəkət etmək onlar üçün yaxşı seçim deyil. Biz onlarla danışırıq. Bu, uzun bir yol olacaq",- deyə Tramp qeyd edib.