Pakistanın Belucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhərində yerləşən kömür mədənində metan qazının partlaması nəticəsində ağır faciə baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, mədən rəsmisi Qani Baloçun verdiyi məlumata görə, metan qazının toplanması nəticəsində baş verən güclü partlayış mədəndə çökməyə səbəb olub.
Bildirilib ki, axtarış-xilasetmə qruplarının həyata keçirdiyi əməliyyat nəticəsində 32 mədənçinin meyiti dağıntılar altından çıxarılıb. Rəsmilər 10 nəfərin isə hələ də uçqun altında qaldığını açıqlayıblar.
Qani Baloç qeyd edib ki, xilasedicilər çətin şəraitdə əməliyyatı davam etdirirlər. Onun sözlərinə görə, dağıntılar altında qalanların taleyi ilə bağlı narahatlıq davam edir və ölənlərin sayının artacağı istisna edilmir.