Əsas məzmuna keç

Tovuzda betonqarışdıran avtomobillə sərnişin avtobusu toqquşub

Tovuzda betonqarışdıran avtomobillə sərnişin avtobusu toqquşub

bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Qeyd olunub ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə...

rayonu, Aşağı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Qeyd olunub ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı avtomobillə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, qəza zamanı 1 nəfər xəsarət alıb.

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən betonqarışdıran avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində ətrafa dağılmış yanacaq yuyularaq mümkün yanğın-partlayış hadisəsinin qarşısı alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…