Əsas məzmuna keç

"Torino" Simeonenin transferini yekunlaşdırmağa yaxındır

"Torino" Simeonenin transferini yekunlaşdırmağa yaxındır

"" klubu "Napoli"nin hücumçusu Simeonenin transferini reallaşdırmaq üzrədir.

"Operativ Məlumat Mərkəzi-OMM" Romanoya istinadən xəbər verir ki, 30 yaşlı argentinalı yeni klubu ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.

Hazırda transferlə bağlı klublar arasında danışıqlar yekun mərhələyə daxil olub. Simeone Turinə yollanmaq və tibbi müayinədən keçmək üçün "Napoli"dən razılıq gözləyir.

Qeyd edək ki, təcrübəli hücumçu ötən mövsüm "Napoli"nin heyətində 33 oyunda 2 qol vurub və 2 assistlə yadda qalıb.

"Transfermarkt" portalı onun cari bazar dəyərini 5 milyon avro olaraq qiymətləndirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…