Əsas məzmuna keç

Tokayev Trampdan Qəzza Sülh Şurasına dəvət aldı

Tokayev Trampdan Qəzza Sülh Şurasına dəvət aldı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampdan Qəzza Sülh Şurasına qoşulmaq üçün rəsmi dəvət alıb. Bu barədə Qazaxıstan...

en ru

Prezidenti Kasım-Jomart ABŞ Prezidenti Donald Trampdan Qəzza Sülh Şurasına qoşulmaq üçün rəsmi dəvət alıb.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə Qazaxıstan liderinin köməkçisi və mətbuat katibi Jeldibay məlumat verib.

Onun sözlərinə görə, Kasım-Jomart Tokayev Sülh Şurasına qoşulmaq və Qazaxıstanın təsisçi üzvü olması üçün rəsmi dəvət alan ilk dünya liderlərindən biri olub. Bildirilib ki, buna cavab olaraq ABŞ Prezidentinə ünvanladığı məktubda səmimi minnətdarlığını ifadə edib və yeni yaradılan təşkilata qoşulmağa razılığını təsdiqləyib.

Ruslan Jeldibay əlavə edib ki, Tokayev Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhün əldə olunmasına, dövlətlərarası etimadın möhkəmləndirilməsinə və qlobal sabitliyin gücləndirilməsinə mümkün töhfə vermək niyyətini bir daha vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…