Operativ Məlumat Mərkəzi

Tokayev Qazaxıstanın Ukraynadakı səfirini istefaya göndərib

1 dəq
Paylaş:
Tokayev Qazaxıstanın Ukraynadakı səfirini istefaya göndərib
fərman ölkə prezidentinin saytında dərc olunub. “Prezidentin qərarı ilə Darxan Amanoviç Kaletayev Qazaxıstan Respublikasının Ukraynadakı fövqəladə və...

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Ukraynadakı səfiri Darxan Kaletayevin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, fərman ölkə prezidentinin saytında dərc olunub.

“Prezidentin qərarı ilə Darxan Amanoviç Kaletayev Qazaxıstan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib”, - məlumatda deyilir.

Digər sərəncamla isə Tolejan Barlıbayevin Qazaxıstanın Ukraynadakı səfiri təyin ediləcəyi bildirilib. O, bu vəzifəyə təyin olunmazdan əvvəl Qazaxıstanın Slovakiya, Bosniya və Herseqovina və Xorvatiyadakı diplomatik nümayəndəliklərinə rəhbərlik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər