Əsas məzmuna keç

Qazaxıstan və Özbəkistan prezidentləri Daşkənddə görüşüb

Qazaxıstan və Özbəkistan prezidentləri Daşkənddə görüşüb

Kasım-Jomart Tokayev Daşkənddə Prezidenti Şavkat ilə danışıqlar aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə dövlət başçıları Qazaxıstan-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyinin gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.

Prezidentlər ticarət, sənaye kooperasiyası, və logistika, energetika, kənd təsərrüfatı, su ehtiyatları, eləcə də mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət kimi prioritet sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…