Əsas məzmuna keç

Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə qoşulması yeni mərhələdir

Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə qoşulması yeni mərhələdir

Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən sammitdə Kasım-Jomart Tokayev rəsmi Bakının regional əməkdaşlıq, enerji və logistika layihələrindəki rolunu yüksək qiymətləndirib.

ru en

Azərbaycanın görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması bizim formatın müsbət inkişafında yeni mərhələnin rəmzidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Görüşündə söyləyib.

Qazaxıstan Prezidenti vurğulayıb: “Birgə səylər sayəsində siyasi dialoqun daha da dərinləşməsi, investisiyalar, energetika, sənaye, vahid nəqliyyat-logistika sisteminin formalaşmasına şərait yaradılır”.

Onun sözlərinə görə, son illərdə regiondaxili ticarətin davamlı artması müşahidə olunur, işgüzar genişlənir, yeni birgə müəssisələr yaradılır, müştərək investisiya layihələri həyata keçirilir, humanitar əlaqələr möhkəmlənir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…