Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq super sprint reqatasında iki medal qazanıblar.
Noyabrın 7-də başa çatan yarışda Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri 100 metr məsafəyə yürüşlərdə mübarizə aparıblar.
Hüseyn Səmədli kanoe qayığında finişə üçüncü çataraq bürünc medal əldə edib. Amil Ramazanov isə kayak qayığında ikinci yeri tutaraq gümüş medala sahib olub.
Azərbaycan idmançıları reqatanı bir gümüş və bir bürünc medalla başa vurublar.