Əsas məzmuna keç

Kasım-Jomart Tokayev İlham Əliyevə təşəkkür etdi

Kasım-Jomart Tokayev İlham Əliyevə təşəkkür etdi

bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası...

en ru

İlk Türkoloji qurultayda irəli sürülən ideyalar bu gün də öz aktuallığını itirməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş " Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.

O qeyd edib ki, belə mürəkkəb və dəyişkən dövrdə ortaq mənəvi irsin qorunması və hərtərəfli araşdırılması xüsusi əhəmiyyət kəsb edir:

"Buna görə də alimlər arasında əməkdaşlığın gücləndirilməsi, mədəni-humanitar tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi vacibdir. Şübhəsiz ki, bugünkü forum da məhz bu məqsədlə təşkil edilib".

Qazaxıstan Prezidenti vurğulayıb ki, Azərbaycanın türk dünyasında tutduğu yer xüsusidir:

"Bu gün Siz bu şərəfli missiyanı layiqincə davam etdirərək qardaş ölkələr arasında əməkdaşlığın inkişafına fəal töhfə verirsiniz. Bu münasibətlə, mötəbər toplantının keçirilməsinə təşəbbüs göstərən İlham Heydər oğlu Əliyevə və xalqına səmimi minnətdarlığımı bildirirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…