Əsas məzmuna keç

Qasım-Jomart Tokayev Azərbaycanın beynəlxalq arenadakı nailiyyətlərini yüksək qiymətləndirib

Qasım-Jomart Tokayev Azərbaycanın beynəlxalq arenadakı nailiyyətlərini yüksək qiymətləndirib

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

en ru

Prezidenti Qasım-Jomart Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə göndərib. "Operativ Məlumat Mərkəzi-OMM" məktubun mətnini təqdim edir:

"Hörmətli İlham Heydər oğlu. Sizi və bütün həmvətənlərinizi Müstəqillik Günü münasibətilə Qazaxıstan adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan suveren inkişafı illərində dövlətçiliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi tərəqqi və dünya arenasında nüfuzunun artırılması istiqamətində mühüm uğurlara imza atıb. Şübhəsiz ki, Sizin güclü və müdrik rəhbərliyinizlə qardaş Azərbaycan xalqı davamlı iqtisadi artımın təmin edilməsində və regional güc kimi potensialının möhkəmləndirilməsində qarşıya qoyulan yüksək hədəflərə uğurla çatacaq.

Qazax xalqı əbədi dostluq və qarşılıqlı hörmət strategiyasına sadiq qalaraq, Azərbaycanın nailiyyətlərini böyük məmnuniyyətlə qarşılayır. Biz strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin gələcəkdə də inkişafına xüsusi önəm veririk. Əminəm ki, yüksək səviyyədə həyata keçirilən etimada əsaslanan siyasi dialoq Qazaxıstan-Azərbaycan çoxtərəfli əməkdaşlığının xalqlarımızın mənafeləri naminə yeni zirvələrə çatmasına töhfə verəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…