Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tiqran Arzakantsyan həyat yoldaşının zorakılıq ittihamlarına cavab verdi

2 dəq
Paylaş:
Tiqran Arzakantsyan həyat yoldaşının zorakılıq ittihamlarına cavab verdi

ailədaxili zorakılıq ittihamlarını rədd edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ermənistanlı siyasətçi Tiqran həyat yoldaşı Natalya Rotenberqin ona qarşı irəli sürdüyü ailədaxili zorakılıq iddialarına ilk dəfə münasibət bildirib.

Məlumata görə, Arzakantsyan sosial şəbəkədə yaydığı videomüraciətdə ittihamları qətiyyətlə təkzib edib. O bildirib ki, birgə yaşadıqları müddətdə ailədə ciddi münaqişə olmayıb və ilk ciddi fikir ayrılığı zamanı yaşanıb.

Siyasətçinin sözlərinə görə, baş verən hadisələrdə adını açıqlamaq istəmədiyi üçüncü bir şəxsin təsiri olub. O iddia edib ki, ailəsini qorumaq üçün sonadək çalışıb və həyat yoldaşının polisə müraciəti həmin şəxslərin təsirindən sonra baş verib.

Məlumata görə, cütlüyün boşanması ilə bağlı xəbərlər aprel ayında yayılıb. boşanma iddiası ilə məhkəməyə müraciət edib, daha sonra isə həyat yoldaşının ona qarşı zorakılıq etdiyi barədə polisə şikayət verib.

Natalya Rotenberqin vəkili Asmik Martirosyan münaqişənin qısqanclıq zəminində baş verdiyini bildirib. Onun sözlərinə görə, məhkəmə Tiqran Arzakantsyanın həyat yoldaşına yaxınlaşmasını qadağan edən qərar qəbul edib.

Qeyd edək ki, Tiqran Arzakantsyan və Natalya Rotenberq 2019-cu ildə ailə qurublar. Natalya Rotenberq 2022-ci ildə vətəndaşlığını qəbul edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax