Əsas məzmuna keç

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub

Tərəflər arasında baş tutan söhbət zamanı ikitərəfli münasibətlərin normallaşması və regional məsələlər müzakirə edilib.

en ru

Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb. Məlumatı Türkiyə Administrasiyasının Kommunikasiya İdarəsi rəsmi "X" hesabında yayımlayıb.

Paylaşımda qeyd olunub ki, Nikol söhbət əsnasında Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Tərəflər həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi və regional gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan normallaşma prosesinin birbaşa ticarətin başladılması istiqamətində atılan addımlarla davam etdiyini vurğulayıb. Eyni zamanda, Türkiyənin bölgədə sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirdiyi və bu məqsədlə atılacaq addımları dəstəklədiyi bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…