Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rəsmi: TikTok uşaqların sağlamlığına zərər vurmaqda ittiham olunur

2 dəq
Paylaş:
Rəsmi: TikTok uşaqların sağlamlığına zərər vurmaqda ittiham olunur

Avropa Komissiyası Çinin "" platformasının Avropa İttifaqının (Aİ) Qanununun (DSA) tələblərini pozduğu barədə ilkin qənaətə gəlib və şirkəti dəyişikliklər etməyə çağırıb, əks təqdirdə isə böyük məbləğdə cərimə ilə hədələyib.

Bu barədə Brüsseldə Aİ-nin rəsmi nümayəndəsi Tomas bildirib.

Onun sözlərinə görə, araşdırmanın ilkin nəticələri göstərib ki, "TikTok" platformanın asılılıq yaradan funksiyalarının istifadəçilərin, o cümlədən yetkinlik yaşına çatmayanların və həssas böyüklərin fiziki, psixi sağlamlığına necə verə biləcəyini lazımi qaydada qiymətləndirməyib.

Renye qeyd edib ki, "TikTok"un Aİ-də təxminən 170 milyon istifadəçisi var, onların da əksəriyyəti uşaqlardır. Avropa Komissiyasının məlumatına görə, 12-15 yaşlı yeniyetmələrin 7%-i gün ərzində bu tətbiqdə 4-5 saat vaxt keçirir.

Avropa Komissiyasından bildiriblər ki, "TikTok" bu risklərin azaldılması üçün səmərəli tədbirlər görməyib. Avropa Komissiyasının tələbləri yerinə yetirilmədiyi təqdirdə, şirkət Aİ qanunvericiliyini pozmuş hesab edilə, bu da onun illik qlobal dövriyyəsinin 6%-ə qədər həcmində cərimələnməsi ilə nəticələnə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax