Əsas məzmuna keç

Avropa Parlamenti iş cihazlarında süni intellekt istifadəsini qadağan etdi

Avropa Parlamenti iş cihazlarında süni intellekt istifadəsini qadağan etdi

Kibertəhlükəsizlik və məlumat sızması riskləri səbəbindən qurumun xidməti cihazlarında süni intellekt funksiyaları deaktiv edilib.

en ru

Avropa Parlamenti (AP) təhlükəsizlik mülahizələrinə görə üzvlərinin və əməkdaşlarının xidməti cihazlarında texnologiyalarından istifadəyə məhdudiyyət qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" "Politico" nəşriə istinadən xəbər verir ki, qurumun informasiya texnologiyaları departamenti süni intellektə malik cihazların və fərdi məlumatların gizliliyi baxımından riskli olduğu qənaətinə gəlib.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, süni intellekt sistemləri müəyyən tapşırıqları icra edərkən bulud xidmətlərindən istifadə edir və məlumatları cihazdan kənar serverlərə ötürür.

Bu proses isə məxfi məlumatların kənar şəxslərin əlinə keçməsi riskini yaradır.

Bu səbəbdən AP rəhbərliyi iş cihazlarında süni intellekt xüsusiyyətlərini tamamilə söndürüb.

Qeyd edək ki, Avropa İttifaqı son illərdə xarici texnologiya tədarükü ilə bağlı narahatlıqlar səbəbindən məlumat təhlükəsizliyi siyasətini ciddi şəkildə sərtləşdirir.

Xatırladaq ki, Avropa Parlamenti hələ 2023-cü ildə personalın cihazlarında "TikTok" platformasının istifadəsini də qadağan etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…