"TikTok"da başlayan və Nyu Yorkda dəhşətə səbəb olan yeni trend səbəbiylə 2 uşaq həyatını itirdi.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "TikTok"da bir müddətdir ki, yeni trend başlayıb.
Qatar hərəkətdə olarkən metrolarda tik-tokerlər vaqondan vaqona tullanırlar.
Bir həftə əvvəl 14 yaşlı Brayan Krespo adlı oğlan Bruklin şəhərində metroda "sörfinq" adlanan bu cərəyanla məşğul olarkən qatardan yıxılaraq ölüb.
Daha bir 14 yaşlı uşaq yenidən metroda sörf etmək üçün vaqondan vaqona tullanarkən ölüb. O, dərhal xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.