Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Əfqanıstanın şimalındakı Məzar-ı Şərif şəhərində kimsəsiz uşaqlara iftar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Məzar-ı Şərifdəki baş konsulu Semih Lütfü Turqut TİKA Məzar-ı Şərif koordinatoru tərəfindən təşkil edilən iftar yeməyinə qatılıb.
Mərasimdə çıxış edən TİKA Məzar-ı Şərif koordinatoru Mikayıl Taşdemir, TİKA-nın Koordinatorluğu olaraq bu il inşa etdiyi Məzar-ı Şərif vilayət uşaq evi ilə başqa bir uşaq evində yaşayan 150 yetim uşağa iftar yeməyi verdiklərini söyləyib.
Taşdemir, yetimlərin iftardan əvvəl TİKA bağçasında oyunlar oynadığını, iftardan sonra isə uşaqlara müxtəlif hədiyyələr verildiyini bildirib.