Operativ Məlumat Mərkəzi

Texasdakı meşə yanğınları ilə bağlı xəbərdarlıq edildi

2 dəq
Paylaş:
Texasdakı meşə yanğınları ilə bağlı xəbərdarlıq edildi
bu barədə ştatın qubernatoru Qreq Ebbot xəbərdarlıq edib. O, alovun 500-ə yaxın tikilini yandıraraq külə çevirdiyini bildirib, sakinləri ayıq-sayıq...

ABŞ-nin Texas ştatında müşahidə olunan meşə yanğınları güclü küləklə əlaqədər daha geniş əraziyə yayıla bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Qreq Ebbot xəbərdarlıq edib.

O, alovun 500-ə yaxın tikilini yandıraraq külə çevirdiyini bildirib, sakinləri ayıq-sayıq olmağa çağırıb.

“Dəyən zərərə baxdıqda görürsüz ki, hər şey yanıb. Yerdə küldən başqa heç nə qalmayıb”, – deyə Ebbot vəziyyəti şərh edib.

Yanğın 2 nəfərin ölümünə səbəb olub və indiyə qədər 404 min hektardan çox əraziyə yayılıb. Onun cəmi 15 faizini lokallaşdırmaq mümkün olub.

Rəsmilərin sözlərinə görə, irimiqyaslı yanğın ocaqları müşahidə olunan ərazilərdə sakinlər üçün ciddi təhlükə olmasa da, təsərrüfat üçün böyük təhlükə var.

Belə ki, sözügedən sahələrdə milyonlarla mal-qara saxlanılır. Ştatın kənd təsərrüfatı komissiyası artıq minlərlə heyvanın yanğında tələf olduğunu deyib. Yanğının insanlara ümumən nə qədər zərər vurduğu hələlik məlum deyil.

Alovla mübarizə aparmaq üçün yüzlərlə yanğınsöndürən səfərbər edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər