Operativ Məlumat Mərkəzi

Texas Universitetində İsrail əleyhinə keçirilən etiraz aksiyasında saxlanılanların sayı 34-ə yüksəlib

1 dəq
Paylaş:
Texas Universitetində İsrail əleyhinə keçirilən etiraz aksiyasında saxlanılanların sayı 34-ə yüksəlib

Texas ştatının İctimai Təhlükəsizlik Departamenti Texas Universitetində keçirilən etirazla bağlı "X" sosial platformasında açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açıqlamada fələstinlilərin universitet şəhərciyindəki etirazları zamanı ümumilikdə 34 nəfər nəzarətə alınıb.

Bildirilib ki, nümayişə universitet rəhbərliyi və Texas qubernatoru Qreq Abbottun tələbi ilə müdaxilə edilib. Qubernator Abbott qeyd edib ki, izdiham dağılana qədər etirazçılar saxlanılmağa davam edəcək.

"Bu etirazçıların yeri həbsxanadır. Texasda antisemitizmə yol verilməyəcək. Texasdakı istənilən universitetdə nifrət dolu, antisemitizm nümayişlərində iştirak edən tələbələr qovulmalıdır", - deyə Abbott bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər