Əsas məzmuna keç

Texas Universitetində İsrail əleyhinə keçirilən etiraz aksiyasında saxlanılanların sayı 34-ə yüksəlib

Texas Universitetində İsrail əleyhinə keçirilən etiraz aksiyasında saxlanılanların sayı 34-ə yüksəlib

ştatının İctimai Departamenti Texas Universitetində keçirilən etirazla bağlı "X" platformasında açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açıqlamada fələstinlilərin şəhərciyindəki etirazları zamanı ümumilikdə 34 nəfər nəzarətə alınıb.

Bildirilib ki, nümayişə universitet rəhbərliyi və Texas qubernatoru Qreq Abbottun tələbi ilə müdaxilə edilib. Qubernator qeyd edib ki, izdiham dağılana qədər etirazçılar saxlanılmağa davam edəcək.

"Bu etirazçıların yeri həbsxanadır. Texasda antisemitizmə yol verilməyəcək. Texasdakı istənilən universitetdə nifrət dolu, antisemitizm nümayişlərində iştirak edən tələbələr qovulmalıdır", - deyə Abbott bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…