Tərtərdə 34 yaşlı kişi minaya düşüb - YENİLƏNİB

Tərtərdə 34 yaşlı kişi minaya düşüb - YENİLƏNİB
09.03.2023 16:51
Aa
dəq

Martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

13:54***

Tərtərdə 34 yaşlı kişi minaya düşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, martın 9-da Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub:

"Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir".

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu