Hörmüz boğazı yaxınlığında hazırda təxminən 1600 tanker və digər gəminin keçid gözlədiyi bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri indiyədək yalnız iki gəminin təhlükəli sulardan keçidini təmin edə bilib.
CNN-in məlumatında qeyd olunur ki, ABŞ və İran arasında Hörmüz boğazında başlayan qarşıdurmadan bəri 32 gəmiyə atəş açılıb. Hadisələr nəticəsində azı 10 nəfərin öldüyü, onlarla insanın isə yaralandığı bildirilir.
Bundan əlavə, mayın 5-də ABŞ Prezidenti Donald Tramp “Azadlıq Layihəsi” əməliyyatının dayandırılması barədə qərar qəbul edib.
Bildirilir ki, əməliyyat ABŞ və İran arasında aparılan danışıqların uğurla nəticələnəcəyinə dair məlumat əldə olunana qədər dayandırılıb.
Tramp həmçinin qeyd edib ki, Vaşinqton bu məsələ ilə bağlı Pakistan və digər ölkələrdən müraciətlər alıb.