Hindistan gəmilərinin Hörmüz boğazından keçidi ilə bağlı yeni məlumat yayılıb.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, "Reuters"in Hindistan hökumət rəsmisinə istinadən yaydığı məlumata görə, indiyədək 10 Hindistan gəmisi Hörmüz boğazını təhlükəsiz şəkildə keçib.
Rəsmi şəxs bildirib ki, Hindistan strateji əhəmiyyətə malik bu su yolunda gəmilərin təhlükəsiz tranzitini təmin etmək üçün İran və digər ölkələrlə əlaqələri davam etdirir.
Məlumata görə, bölgədə gərginlik fonunda dəniz daşımalarının təhlükəsizliyi əsas prioritetlərdən biri olaraq qalır və ölkələr arasında diplomatik koordinasiya gücləndirilir.