Əsas məzmuna keç

Temperatur 7 dərəcə enəcək

Temperatur 7 dərəcə enəcək

Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bununla...

Dekabrın 13-ü gündüzdən 14-ü ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Bakıda və yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı qeyd olunur. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli yağıntının intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Hava proqnozu

13° Bakıda indiArabir yağış
  1. Bu gün Arabir yağış 14° 12° yağış 62%
  2. Sabah Çiskin 14° 11° yağış 80%
  3. Birisi gün Buludlu 17° 13°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…