Əsas məzmuna keç

"Telegram"a yeni funksiya əlavə olunur

"Telegram"a yeni funksiya əlavə olunur

""da video keyfiyyətini seçmək yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə sosial şəbəkənin həmtəsisçisi məlumat verib.

"Telegram video platforması olmaq yolunda ilk atdı. Bugünkü yeniləmə ilə "Telegram" serverləri populyar videoları çoxsaylı keyfiyyət seçimlərində sıxışdıracaq və onları axın üçün optimallaşdıracaq. İndi siz videoya baxdığınız zaman "Telegram" avtomatik olaraq ən uyğun keyfiyyəti seçəcək”, - o, "Telegram" kanalında yazıb.

Bundan əlavə, messencer indi mesajın redaktə edildiyi vaxtı göstərir. Əgər bir dəfədən çox redaktə olunubsa, sonuncu dəfə dəyişdirildiyi vaxt göstəriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…