İran İsrail Müdafiə Qüvvələrinin Təl-Əvivdəki nəqliyyat mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələrinin dəstək bazası və ən böyük nəqliyyat qovşağı İran pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalıb", - agentlik bildirib.
***
Təl-Əvivdə hava həyəcanı siqnalı işə salınıb, səmada partlayış səsləri eşidilib
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri İrandan raket buraxılışlarının qeydə alındığını bildirib. Bu, günün əvvəlindən İran tərəfindən İsrailə doğru dördüncü raket hücumudur.
Raketlərin düşməsi və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.
İsrailin raket hücumları barədə xəbərdarlıq sisteminin məlumatına görə, həyəcan siqnalı ölkənin mərkəzi hissəsinin onlarla şəhərində, eləcə də İsrailin cənubunda aktivləşdirilib.
Baba Əl-Bekay azad edilmiş ərazilərdə bərpa işlərinin heyranedici tempini qeyd edib. Onun sözlərinə görə, hələ bir neçə il əvvəl burada demək olar ki, infrastruktur yox idi, bu gün isə müasir şəhərlər tikilib. "Hökumətin bu inanılmaz səyləri möhtəşəm nəticə verib", - o vurğulayıb.
Səyyah əlavə edib ki, öz təcrübəsini mütləq vətənindəki ailəsi və dostları ilə bölüşəcək, gələcəkdə isə Qarabağa qayıtmağı planlaşdırır. "Bu, mütləq ziyarət edilməli olan bir yerdir", - o vurğulayıb.