"Barselona"nın sabiq kapitanı Xavi İspaniya tarixinin ən yaxşı futbolçusu seçilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nüfuzlu Four Four Two nəşri məlumat yayıb.
Reytinq cədvəlində birinci yeri "Barselona" nın sabiq kapitanı Xavi tutub. İkinci yeri Andres Iniesta, üçlüyü isə İker Kasilyas qapayıb.
İlk 10-a David Villa, Sergio Ramos, Sergio Busquets, Raul, Carles Puyol, Gerard Piquet və Xabi Alonso da daxildir.