Tarixi şəhər quruyur

Tarixi şəhər quruyur
23.02.2023 15:22
Aa
dəq

İtaliyanın "Adriatik kraliçası" və "üzən şəhər" kimi də tanınan, kanallarla əhatə olunmuş Venesiya şəhəri quruyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər suyun səviyyəsinin kəskin şəkildə düşməsini bir çox amillərlə əlaqələndirirlər.

Yağış və qarın az olması ilə yanaşı, dəniz axınları və yüksək təzyiq sistemləri kimi amillər suyun səviyyəsinə təsir göstərir. Bu il ölkə daxilində qar yağmadığı üçün xizək mövsümünün sönük keçdiyi, ölkənin ən uzun çayı olan Po çayında suyun səviyyəsinin mövsüm normalarından 61% aşağı düşdüyü bildirilir.

Xatırladaq ki, Ətraf Mühit Təşkilatı Legambiente bu həftənin əvvəlində "quraqlıq xəbərdarlığı" adlı bir xəbərdarlıq edib.

Fotoları təqdim edirik:

Həftənin ən çox oxunanları