TAP-ın genişləndirilməsi yeni həcmdə hidrogenin nəqlinə kömək edə bilər

TAP-ın genişləndirilməsi yeni həcmdə hidrogenin nəqlinə kömək edə bilər
27.04.2023 17:05
Aa
dəq

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi gələcəkdə yeni həcmdə hidrogen və digər bərpa olunan qazların nəqlinə kömək edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu TAP-ın Yunanıstan üzrə nümayəndəsi İonnis Maris bildirib.

TAP rəsmisi qeyd edib ki, boru kəməri Avropaya 22 milyard kubmetrdən çox təbii qaz idxal edib: “Biz regionun enerji səmərəliliyini daha da dəstəkləyə bilərik. Çünki TAP cari gücünü ikiqat artıra bilər”.

O vurğulayıb ki, TAP artıq birinci səviyyəni genişləndirib.

İ. Maris bildirib ki, TAP Avropanın enerji keçidinə töhfə verməyi öhdəlik götürüb.

Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu ilin yanvarın 31-dək boru kəməri vasitəsilə 22,4 milyard kubmetr qaz nəql edilib.

2022-ci ildə Azərbaycan qaz ixracını 18 % - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39 %) ixrac edib.

2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır ki, bunun da 12 milyard kubmetri Avropaya nəql olunacaq.

Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu