Əsas məzmuna keç

Tamada, aşıq, bərbər, pinəçi, dayə, aşpaz, sürücü, bağban və ofisiantlar üçün sosial sığorta haqqı dəyişir

Tamada, aşıq, bərbər, pinəçi, dayə, aşpaz, sürücü, bağban və ofisiantlar üçün sosial sığorta haqqı dəyişir

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Gələn il yanvarın 1-dən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları dəyişir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, toy, şənlik və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sosial sığorta minimum aylıq əməkhaqqının 5 faizindən 8 faizinə qaldırılır.

Çəkməçi, pinəçi, , dərzi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, həmçinin ev qulluqçuları, dayələr, fərdi sürücülər, bağbanlar, aşpazlar, gözətçilər, ofisiantlar və fərdi baytarlar üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 3 faizindən 5 faizinə yüksəldilir.

Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləğinə tətbiq edilən əmsallar isə hazırkı kimi qalacaq. Başqa sözlə, bu fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği əmsallar tətbiq edilməklə müəyyən olunur

2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunacaq:

şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

Digər şəhər və rayonlarda – 1,0.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…