Şvabenin əsas məqsədi nədir? - AÇIQLAMA

Şvabenin əsas məqsədi nədir? - AÇIQLAMA
28.08.2024 21:06
Aa
dəq

AŞPA-nın seçkilərdə müşahidəçi kimi iştirak etməməsi Azərbaycana qarşı qərəzli və riyakar siyasətlə bağlıdır. Qərb, xüsusilə də Brüssel Azərbaycana qarşı oyun qurub, Fransa və Almaniya burada “pis və yaxşı polis” rolunu oynayır, Şvabe kimi təlxək və anarxisti isə irəli veriblər.

Paralel olaraq Ermənistanın silahlandırılması, Ermənistana iqtisadi dəstəyin güclənməsi, hətta Ermənistanın Qərbin Rusiyaya qarşı sanksiyalarını pozmasına belə göz yumulması İlham Əliyevin və Azərbaycan Ordusunun qələbəsinə reaksiyadır. Qərb anlamalıdır ki, Azərbaycanın legitim maraqları nəzərə alınmadan Cənubi Qafqazda heç nəyə nail olmaq mümkün deyil.

Bəs Şvabenin əsas məqsədi nədir? Onun bu davranışları nəyin göstəricisidir?

Mövzu ilə bağlı “Operativ Məlumat Mərkəzi OMM”-ə açıqlama verən politoloq Xəqani Cəfərlinin sözlərinə görə, Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırdığı üçün AŞPA-nın seçkiləri müşahidə etmək istəməsi təbii prosesdir:

“Azərbaycan Avropa qitəsinə aid olmaq istəyirsə, AŞPA ilə əməkdaşlığın yollarını tapmalıdır. Yox, Asiyaya aid olmaq istəyirsə, AŞPA ilə hər hansısa əməkdaşlığa ehtiyac yoxdur. Avropa İttifaqının hər ölkəsinin parlamentində Şvabe var və hər zaman da olacaq. Belə şəxslərlə görə Avropa ilə əlaqələrin qırılmasına üstünlük verəcəksə, o zaman Azərbaycan çox tezliklə Asiyanın geri qalmış ölkələrinin sırasına düşəcək. Bunun alternativi yoxdur”. 

Politoloq deyir ki, Qərb Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılmasında maraqlı olsa idi, bunu çoxdan edərdi. Azərbaycan iqtisadi, siyasi və hərbi müstəqilliyini Qərblə əməkdaşlıq sayəsində edib. Azərbaycanın güclənməsində maraqlı olmasaydılar, buna imkan verməzdilər. Bunun üçün Ermənistanı silahlandırımağa, iqtisadi dəstəyi gücləndirməyə ehtiyac yoxdur. Azərbaycanı Avropa və Qərb bazarlarından təcrid etmək yetərlidir.

Digər müsahibimiz politoloq Tural İsmayılov isə saytımıza açıqlmasında deyir ki, Şvabe bütövlükdə özünü və həyatı missiyasını anti-Azərbaycan fəaliyətinə həsr edib. Onun bütün açıqlamaları və etdiyi şərhlər onu göstərir ki, dünya ermənilərinin əlində oyuncağa çevirib. Uzun illər AŞPA ilə əməkdaşlıq edən Azərbaycan məhz Şvabe kimi siyasətçilərin üzündən AŞPA ilə münasibətlərinə sərhəd qoymaq məcburiyyətində qalır:

“İstənilən halda bu adamın verdiyi şərhlər və açıqlamalar nə diplomatik etiket qaydalarına, nə də diplomatiyanın qaydalarına uyğundur. Onun açıqlamaları kifayət qədər diletant, qərəzli və mövqesizdir. Bu baxımdan Şvabenin Azərbaycan əleyhinə güclənən isterikası çox aydın müşahidə edilən tendensiyadır. Hesab edirəm ki, Şvabenin bu tip anti-Azərbaycan fəaliyyətini davam etdirməsi, nəinki AŞPA ilə Azərbaycan arasında körpülərin yenidən qurulmasına səbəb olacaq, eyni zamanda bu əlaqələrin daha da pisləşməyə doğru getməsinə səbəb olacaq”.

Mədinə Useynova 

Həftənin ən çox oxunanları

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu