Fevral ayında Fələstin-İsrail münaqişəsinin artması və husi üsyançılarının ticarət gəmilərinə artan raket hücumları fonunda Qırmızı dənizdən keçən dəniz nəqliyyatının həcmi illik nisbətdə yarıya düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) kommunikasiya departamentinin direktoru Culi Kozak bildirib.
"Süveyş kanalından keçən nəqliyyatın həcmi ildən-ilə 55 faiz azalıb".
Kozakın sözlərinə görə, mövcud vəziyyət mənfi iqtisadi nəticələrə və mürəkkəb humanitar vəziyyətə səbəb ola bilər.
BVF nümayəndəsi əlavə edib ki, eyni zamanda, ümid burnu (Cənubi Afrika) vasitəsilə nəqliyyatın həcmi təxminən 75 faiz artıb. Bu dənizyolu raket atəşi təhlükəsindən qaçmaq istəyən bir çox gəmi üçün alternativ bir ticarət yolu olub.