Operativ Məlumat Mərkəzi

Şüvəlanda çimərlik ərazisində silahlar aşkar olunub

1 dəq
Paylaş:
Şüvəlanda çimərlik ərazisində silahlar aşkar olunub
Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində silahlar aşkar olunub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin...

Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində silahlar aşkar olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsində çimərlik ərazidə Nəsirov Fərid Babaəli oğluna məxsus 24 ədəd tüstü bombası, 11 ədəd 5,45 mm və 22 ədəd 7,62 mm avtomat gülləsi, 1 ədəd süngü bıçaq, 1 ədəd fişəng tapançası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər