Əsas məzmuna keç

Şuşa və Ağdam məscidlərinə yeni təyinatlar

Şuşa və Ağdam məscidlərinə yeni təyinatlar

QMİ tərəfindən Qarabağdakı dini ocaqlara mühüm təyinatlar reallaşdı. Yuxarı Gövhər Ağa və Cümə məscidlərində vəzifəyə gətirilən din xadimlərinin adları açıqlandı.

en ru

Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitə sədri Ramin Məmmədovun müvafiq əmrlərinə əsasən, rotasiya qaydasında Nicat Xudiyev Şuşa şəhəri üzrə imam müavini vəzifəsindən Şuşa şəhərində "Yuxarı ağa" məscidinə imam müavini vəzifəsinə, Rövşən Məmmədov isə Ağdam rayonunun Xındırıstan kənd məscidindəki imam müavini vəzifəsindən Ağdam şəhərinin "Cümə" məscidinə eyni vəzifəyə təyin edilib.

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə azan səslərinin yenidən ucalması və ibadət məkanlarının dindarların istifadəsinə verilməsi İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Ordusunun qazandığı tarixi Zəfərin nəticəsidir.

Çıxışlarda və Şərqi Zəngəzur bölgələrində dini ibadət ocaqlarının tikintisi, əsaslı təmiri və bərpası istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…