"Şuşa ilə bağlı "qara səhifəni" qapatmaq lazımdır" - Deputat

"Şuşa ilə bağlı "qara səhifəni" qapatmaq lazımdır" - Deputat
08.05.2023 15:44
Aa
dəq

“1992-ci il mayın 8-də Ermənistan Şuşanı işğal etdi və Şuşanın ələ keçirilməsindən sonra Azərbaycanın torpaqlarının işğal olunması istiqamətində, ümumiyyətlə Azərbaycana əsassız ərazi iddiaları məsələsində əsas missiyalarının başa çatdığını hesab edirdilər və Şuşanın işğalını da təmtərahla bayram edirdilər”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə  açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

Deputat qeyd edib ki, həmin illərdə Azərbaycan hakimiyyətinin başı daxili siyasi proseslərə qarışdığı üçün ölkə tamamilə yaddan çıxmışdı:

“Həmin illərdə Azərbaycanda hakimiyyətdə olanların başı daxili siyasi çəkişmələrə qarışmışdı və demək olar ki, ölkə tam yaddan çıxmışdı. Ermənilər də bu vəziyyətən istifadə edərək ölkəmizə qarşı aktiv işğalçılıq həyata keçirirdilər. Amma artıq biz Şuşanın işğalı günündən danışmamalıyıq. Düzdür, bu, tariximizin "qara səhifəsi" olsa da, o "səhifə"ni qapatmaq lazımdır. Çünki, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Şuşanı azad etdi və Şuşanın azad olunması dünya hərb tarixində analoqu olmayan hadisə idi. Yalın əllə, sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüş şəraitində Azərbaycan Xüsusi Təyinatlıları, Azərbaycan Ordusunun digər bölmələri Şuşanı azad etdilər. Şuşa azad edildikdən sonra Ermənistan qarşısında hansı ordunun, hansı xalqın dayandığını daha aydın dərk etdi. Bu gün biz üçüncü ildir ki, doğma Şuşamızla bir yerdəyik. Bu, daimi və əbədidir”.

Ölkəmizin əmin əllərdə olduğunu qeyd edən deputat bildirib ki, bundan sonra da ölkəmizin ərazi bütövlüyü, sərhəd təhlükəsizliyinin təmin olunması istiqamətində bütün tədbirlər həyata keçirirlir və keçiriləcək.

“Biz öz torpaqlarımızın sahibi olacayıq, Azərbaycan əmin əllərdədir. Ölkəmizin ərazi bütövlüyü, sərhəd təhlükəsizliyinin təmin olunması istiqamətində bütün tədbirlər həyata keçirirlir. Azərbaycanın bunun üçün həm siyasi, həm hərbi, həm də iqtisadi mənada bütün imkanları mövcuddur. Biz artıq torpaqlarımızın işğaldan azad olunmasını – qələbəmizi qeyd edirik. Bu gün həm də bizim qələbəmizin başqa bir istiqamətdə davamı ondan ibarətdir ki, öz resurslarımızla işğaldan azad olunmuş ərazilərimizi sürətlə bərpa etməkdəyik. Bu mənada doğma Şuşamızı da qeyd etmək lazımdır. Şuşada Azərbaycanın tarixi-mədəni abidələri çox böyük sürətlə bərpa olunur. Yaşayış məskənlərinin salınması istiqamətində addımlar atılmaqdadır. Şuşa çox mühüm yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Şuşa həm də Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik sazişinin imzalandığı məkan oldu. Bu baxımdan Şuşanın həm mənəvi, həm tarixi əhəmiyyəti Azərbaycan xalqı üçün, Azərbaycan Dövləti üçün olduqca böyükdür. Həm də cənab Prezidentin qeyd etdiyi kimi, biz işğaldan azad etdiyimiz əraziləri dünyanın ən inkişaf etmiş məkanlarından birinə çevirəcəyik. Və bu mənada yenə də Şuşada görülən işləri xüsusi qeyd etmək lazımdır. Hesab edirəm ki, bundan sonrakı addımlarıızda əldə edəcəyimiz uğurlarda qələbəmizin təzahürünü görəcəyik".

Məlik Məlikov 

Həftənin ən çox oxunanları

Rusiya Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib - RƏY

Rusiya Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib - RƏY
DAVAMIN OXU davamın oxu

Avtomobil yoluna girən avtobuslar cərimə olunmalıdır? - AÇIQLAMA

Avtomobil yoluna girən avtobuslar cərimə olunmalıdır? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

İlham Əliyevin Moskva səfərində nələr baş verib? - RƏY

İlham Əliyevin Moskva səfərində nələr baş verib? - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - RƏY

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - RƏY
DAVAMIN OXU davamın oxu

Rusiya hərəkətə KEÇDİ: Yenidən Qarabağa gəlmək istəyir

Rusiya hərəkətə KEÇDİ: Yenidən Qarabağa gəlmək istəyir
DAVAMIN OXU davamın oxu