Əsas məzmuna keç

Suriyada minalanmış avtomobil partladılıb

Suriyada minalanmış avtomobil partladılıb

bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. Məlumata görə, terror aktı nəticəsində ölən və yaralananlar var. Fevralın 1-də şəhərin mərkəzində...

Suriyanın şimalında Hələb vilayətində yerləşən Münbiç şəhərinə giriş zamanı naməlum yaraqlılar tərəfindən partladılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət televiziyası məlumat yayıb. Məlumata görə, terror aktı nəticəsində ölən və yaralananlar var.

Fevralın 1-də şəhərin mərkəzində avtomobilin partlaması nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Türkiyənin dəstəklədiyi "Azad Suriya Ordusu"nun bölmələri Münbiç və Ayn əl-Ərəb (Kobani) rayonlarında kürdlərə qarşı hərbi əməliyyatlara başlayıb. Hazırda "Azad Suriya Ordusu"nun döyüşçüləri ilə "Suriya Qüvvələri"nin kürd döyüşçüləri arasında Karakozak körpüsü və Fərat çayı üzərindəki "Tişrin" bəndi yaxınlığında toqquşmalar davam edir.

Suriya ərazisinin 25 %-i, o cümlədən Rəqqa və Həsəkə vilayətlərinin böyük hissəsi, həmçinin neft yataqlarının yerləşdiyi Deyr əz-Zor vilayətinin şimal-şərqi kürdlərin nəzarətindədir. 2015-ci ildən "Suriya Demokratik Qüvvələri"nin nəzarətində olan ərazilərdə ən azı 9 hərbi baza yaradıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…