Operativ Məlumat Mərkəzi

Suriyada avtobus qəzaya uğrayıb, 6 nəfər ölüb

1 dəq
Paylaş:
Suriyada avtobus qəzaya uğrayıb, 6 nəfər ölüb

Suriyanın İdlib vilayətində qərbindəki Uyunara kəndi yaxınlığında məktəbə gedən şagirdləri daşıyan avtobus Orontes çayına düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Mülki Müdafiə mənbələrindən əldə edilən məlumata görə, qəzada əksəriyyəti uşaq olmaqla 6 mülki şəxs həyatını itirib, çoxlu sayda uşaq isə yaralanıb.

Axtarış-xilasetmə işləri davam edərkən, yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər