Əsas məzmuna keç

Sürət qatarını daşlayan daha 4 yeniyetmə müəyyən edilib

Sürət qatarını daşlayan daha 4 yeniyetmə müəyyən edilib

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatara zərər vuranlar DİN tərəfindən aşkarlandı. Sərnişinlərin həyatını təhlükəyə atan hadisənin detalları məqalədə.

ru en

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarına daş ataraq təhlükə yaradan daha 4 yeniyetmə edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, qatar hərəkətdə olarkən şüşəsinin zədələnməsi ilə bağlı polisə şikayət daxil olduqdan dərhal sonra Dəmiryolu Nəqliyyatında İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb. Nəticədə, əməli törətməkdə şübhəli bilinən yeniyetmələr müəyyən edilərək valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu hərəkətlərin yarada biləcəyi ağır fəsadlar onların diqqətinə çatdırılıb.

Xatırladaq ki, qatara daş atılması həm sərnişinlərin, həm də qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Eyni zamanda, bu cür insidentlər qrafikdə gecikmələrə səbəb olaraq vətəndaşların mənzil başına vaxtında çatmasına mane olur.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…