Suraxanıda 9 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

Suraxanıda 9 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
07.10.2023 15:30
Aa
dəq

Suraxanı rayonunda 3 nəfərdən 9 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı 1975-ci il təvəllüdlü Zaur Zəkiyev, 1989-cu il təvəllüdlü Nahid Əzizov və əvvəllər məhkum olunmuş 1989-cu təvəllüdlü Rövşən Vəliyev saxlanılıblar. Zaur Zəkiyevdən 7 kiloqram heroin, marixuana və kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolu, Nahid Əzizovdan 2 kiloqram heroin, 1 ədəd elektron tərəzi, Rövşən Vəliyevdən isə 200 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılanlar narkotikləri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu