Sumqayıtda fərdi yaşayış evi yanıb - YENİLƏNİB

Sumqayıtda fərdi yaşayış evi yanıb - YENİLƏNİB
09.05.2025 21:15
Aa
dəq

Sumqayıt şəhərinin Qurd dərəsi adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunaraq yanğını qısa müddətdə söndürüblər və alovun yaxınlıqdakı tikililərə keçməsinə imkan verilməyib.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi maddi ziyan dəyib.

İddialara əsasən, yanğını ev sahibi qəsdən törədib. Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıtda fərdi yaşayış evində güclü yanğın baş verib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, evin zirzəmisi və həyətyanı sahədə yerləşən yarımçıq tikilidə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları, canlı qüvvə və texnika cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Həftənin ən çox oxunanları