"Türkiyə kifayət qədər güclü ölkədir. Biz sel və zəlzələ kimi ağır təbii fəlakətlərlə, eləcə də meşə yanğınları ilə mübarizə aparmışıq və bütün sınaqların da öhdəsindən layiqincə gəlmişik".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə görüşündə deyib.
Nazirin sözlərinə görə, Türkiyədən fərqli olaraq ABŞ və Avropa ölkələri koronavirus pandemiyası dövründə yaşlı nəsilə qarşı laqeyd yanaşıb: "Çünki düşünürdülər ki, onları xəstəxanaya yerləşdirmək əlavə xərc tələb edəcək. Biz isə bunun əksinə olaraq, yeni xəstəxanalar inşa etdik".
Fevralın 6-da baş vermiş zəlzələnin dünyanın ən ciddi təbii fəlakələtlərindən biri olduğu söyləyən S.Soylu xatırladıb ki, Türkiyə mübarizə apararaq bütün çətinliklərin öhdəsindən gələ bilib.