Əsas məzmuna keç

Sudan lideri PUA hücumu ilə bağlı bəyanat yaydı

Sudan lideri PUA hücumu ilə bağlı bəyanat yaydı

Al-Burhan İlham Əliyevə məktubunda Naxçıvana İran ərazisindən edilən dron hücumunu pisləyib. Sudan rəhbərinin beynəlxalq hüquq və suverenliklə bağlı kəskin mesajı...

ru en

Naxçıvana İran ərazisindən edilən dron ilə bağlı Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan İlham Əliyevə rəsmi məktub göndərib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, məktubda deyilir:

" ərazisinin İran ərazisindən pilotsuz uçuş aparatları ilə hədəfə alınması və bunun nəticəsində hava məkanınızın pozulması barədə xəbərləri narahatlıqla izlədik. Bu, hüququn prinsiplərinin və dövlətlərin suverenliyinə hörmət qaydalarının açıq şəkildə pozulmasıdır.

Sudan Respublikasının rəhbərliyi, hökuməti və xalqı adından qardaş Azərbaycan Respublikası ilə tam həmrəyliyimizi ifadə edir, ölkənizin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdığınız bütün qanuni addımları dəstəklədiyimizi bildiririk.

Uca Allahdan Azərbaycan Respublikasını qorumasını, ona və sabitlik bəxş etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımızı və hörmətimizi bildiririk".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…